AZ

“Google” Fitsonu yaralayan şəxsin hesabını silib

Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsdə cəhd edən Juraj Tsintulanın “YouTube” hesabı videohostinqin sahibi olan “Google” tərəfindən silinib.

Qaziler.az bildirir ki, bu barədə SME xəbər portalı xəbər verib. Qeyd edilib ki, bu, sui-qəsd cəhdindən sonra ikinci gündə baş verib.

Qeyd edildiyi kimi, Tsintula 2016-cı ildən kanalda öz video mesajlarını yerləşdirib. Orada o, öz siyasi təşkilatının yaradılması üçün kampaniya aparıb və zorakılıqdan daha çox güc nümayiş etdirməyə çağırıb.

Həmçinin Ruzvelt xəstəxanasında müalicə alan Fitsonun vəziyyətinin yaxşılaşdığı bildirilib. Konsultasiyadan sonra xəstənin vəziyyətinin stabil olduğu, iltihabi proseslərin göstəricilərinin getdikcə azaldığı açıqlanıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
21
qaziler.az

10Mənbələr