AZ

“Şamaxı” Premyer Liqaya vəsiqə qazandı

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Sonuncu - XXVII turun oyunları çərçivəsində doğma meydanda "Araz Saatlı"nı (3:1) məğlub edən "Şamaxı" I Liqanın çempionu olub.

Səfərdə "Mingəçevir"lə bərabərə qalan (2:2) "Qaradağ Lökbatan" isə mövsümü ikinci pillədə başa vurub.

Qeydə alınan nəticələrin ardından turnir cədvəliində "Şamaxı" 57 xalla lider, "Qaradağ Lökbatan" isə 54 xalla ikinci olub.

Ramiz Məmmədovun komandası 2024/2025 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
17
cbcsport.az

10Mənbələr