AZ

Deputatdan taksi xidmətlərinin bahalaşması ilə bağlı AÇIQLAMA

“Taksilərdə gedişhaqlarının bu formada artırılması narazılıq yaradıb. Həm optimallıq, həm də taksilərin vəziyyəti düşünülməlidir. Bütün hallarda vətəndaşın marağını nəzərə almaq lazımdır. Problemlər narazılıqla müşahidə olunursa, bu, yaxşı hal deyil”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitəs sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, müvafiq qurumlar taksi xidmətlərinin qiymətləri barəsində düşünməlidirlər: “Problemlərin həlli istiqamətində müəyyən dərəcədə konkret addımlar atmalıdırlar. Əks halda, ciddi vətəndaş çətinliklərinin, onların sosial vəziyyətlərinin ağırlaşmasına gətirib çıxarır. İctimai nəqliyyatın yayğın olmadığı bir mühitdə bu cür bahalaşmalar ən çox zərbəni elə vətəndaşlara vurur. Taksi qiymətləri ilə bağlı məsələ ətrafında normal qərarlar qəbul etmək lazımdır”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
tribunainfo.az

3Mənbələr