AZ

Ronaldodan unikal Avro-rekord

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatına hazırlaşmaq üçün Portuqaliya millisi ilə səfər edəcək.
Tribunainfo.az ESPN-ə istinadən xəbər verir ki, bu, beşqat “Qızıl top”un sahibinin Avropa çempionatlarında altıncı çıxışı olacaq. Bu da yeni rekorddur.
Bundan əvvəl Ronaldo beş Avropa çempionatında çıxış edən İspaniya millisinin qapıçısı İker Kasilyasla liderliyi bölüşürdü.
Qeyd edək ki, Ronaldo ilk dəfə AÇ-də 2004-cü ildə çıxış edib. Kriştiano 2016-cı ildə finalda Fransanı məğlub edərək (1:0) Avropa çempionu olub.
Xatırladaq ki, AVRO-2024-də Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
tribunainfo.az

2Mənbələr