AZ

“Medical Plaza”nı cərimə etdilər

“Medical Plaza” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Klinikanın yüksək məbləğdə cərimə ediləcəyi gözlənilir.

İşə 30 may tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
5
tribunainfo.az

10Mənbələr