AZ

TƏCİLİ! Xəstəxanada İNSİDENT

Mayın 20-də, İsrailin Şaar Menaş psixiatriya mərkəzində xəstələrdən biri ilə insident baş verib. Adamı xəstəxanaya yerləşdirməkdən imtina etdikləri üçün o, özünü və tibb işçilərini hədələməyə başlayıb.

News24.az Lent.az-a istinadla bildirir ki, Yokneam İllit sakini olan 36 yaşlı kişi özündən çıxıb və öldürməyi planlaşdırdığı şəxslərin adlarını sadalayaraq psixiatriya mərkəzindəki həkimləri hədələməyə başlayıb. O, həmçinin xəstəxanaya yerləşdirilməsə, “küçəyə çıxıb insanları kəsməyə başlayacağı” ilə hədələyib.

Bu hədələrdən sonra o, kəndir götürərək boynuna dolayıb və intihar edəcəyini bildirib. Kişini fikrindən daşındırmağa çalışan tibb işçiləri polisə müraciət edib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi tutaraq istintaqa cəlb edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
news24.az

3Mənbələr