AZ

Ağcaqanadın dişlədiyi qadın infeksiyaya yoluxdu

Britaniyalı qadın Bali adasında istirahət etdiyi zaman onu ağcaqanad dişləyib.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, qadın  az qala həyatını itirəcəkdir.

Üç uşaq anası Debra Morqanın dediyinə görə, o, yaxşı tətil keçirib və Böyük Britaniyaya sağ-salamat gəlib. 18 saatlıq uçuşdan sonra qadın özünü pis hiss etsə də, bunu yorğunluqla əlaqələndirib.

Ancaq ertəsi səhər səyyah “dəhşətli vəziyyətdə” oyanıb. Turistin dediyinə görə, o, isinə bilməyib və titrəyib, dərisi və bədəninin qalan hissəsi ona ağrı verib.

Xəstəxanaya getdikdən sonra Debra Balidə denge qızdırmasına tutulduğunu öyrəndi.

O, bir həftə xəstəxanada yatıb və bədən istiliyinin 39 dərəcə yüksək olması səbəbindən antibiotik qəbul edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
news24.az

1Mənbələr