AZ

UEFA Çempionlar Liqasının qalibinin “Real” olması "Qarabağ"a sərf edir, çünki...

“Qarabağ” məhz Madrid “Real”ının futbol üzrə UEFA Çempionlar Liqasının qalibi olmasını istəyir. Çünki İspaniya çempionu turnirin qalibi olacağı halda, Ağdam təmsilçisi növbəti mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu da qrup mərhələsinə yolu qısaldır. Dortmund “Borussiya”sının qələbə qazanması isə “Qarabağ”a heç sərf etmir. Əlbəttə, “Qarabağ”ın birinci təsnifat mərhələsində uğur qazanacağına şübhəmiz yoxdur. Amma əlavə problemə ehtiyac yoxdur, üstəlik, iki həftə vaxt itkisi olur. Bundan başqa, qrup mərhələsinə düşmək üçün 3 rəqiblə qarşılaşmaq imkanı olduğu halda 4 komandanı sıradan çıxarmaq vəzifəsi yaranır. Bizimyol.info xəbər verir ki, UEFA təkcə Çempionlar Liqasının yox, Avropa Liqasının və Konfrans Liqasının da formatını dəyişmək qərarına gəlib. Bundan sonra qrup mərhələsində 32 əvəzinə 36 komanda mübarizə aparacaq. Əvvəllər bu mərhələnin iştirakçılar 8 qrupa bölünürdü. Daha belə olmayacaq. Şahmatda olduğu kimi, İsveçrə sistemindən istifadə ediləcək. Qrup mərhələsinin hər bir iştirakçısı 8 təsadüfi rəqiblə üz-üzə gələcək. Qarşılaşmalardan 4-nü öz meydanında, 4-nü səfərdə keçirmək şərtilə. Çempionlar Liqası və Avropa Liqasında məhz belə olacaq. Konfrans Liqasında isə komandalar 6 rəqiblə üz-üzə gələcək. Qrup mərhələsində xallar toplanacaq və ilk 8 yeri tutanlar 1/8 final mərhələsinə vəsiqə qazanacaq. 9-24-cü pillələrdə qərarlaşanlar isə pley-off mərhələsində 8 güclünü müəyyənləşdirəcək. Sonra pley-offun qalibləri ilk 8 yeri tutanlara qoşulacaq. Ümid edirik ki, ətraflı izah edə bildik. Məsələn, “Qarabağ” qrup mərhələsinə vəsiqə qazansa, həmin oyunlarda Avropanın bir və ya iki nəhəng klubu ilə yox, 4-5-i ilə qarşılaşa bilər. UEFA bu addımı atmaqla daha çox gəlir əldə etməyi hədəf seçib. İstər-istəməz teleyayım gəlirləri, sponsor müqavilələrinin dəyəri artacaq. “Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə başlayacağı dəqiqdir. Qalır hansı təsnifat mərhələsindən başlaması. “Real” iyunun 1-də Çempionlar Liqasının qalibi olarsa, “Qarabağ”ın işi asanlaşacaq. Ölkə kubokunun qalibi Avropa Liqasının təsnifat mərhələsindən başlayacaq. “Qarabağ” həm də ölkə kubokunun sahibi olarsa, onda milli çempionatın ikincisi Avropa Liqasına yollanır. Qalan iki vəsiqənin sahibi isə Konfrans Liqasının təsnifat mərhələsinə üz tutacaq. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
33
bizimyol.info

10Mənbələr