AZ

Sabah Dublin Arenada UEFA Avropa Liqasının 53-cü çempionu müəyyənləşəcək

Bu mövsüm bütün yarışlarda 51 matçda uduzmamaqla rekord qıran Almaniya komandası "Bayer Leverkuzen" və İtaliyanın "Atalanta" komandaları turnirin 53-cü çempionu olmaq üçün Dublində üz-üzə gələcək. Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, futbolda əvvəllər UEFA Kuboku, daha sonra isə UEFA Avropa Liqası olaraq təşkil edilən Avropanın 2 nömrəli kuboku sabah öz sahibinə çatacaq. İrlandiyanın paytaxtı Dublində oynanacaq finalda bu mövsüm 51 matçdır bütün yarışmalarda məğlubiyyətsiz qalaraq rekord qıran Almaniyanın "Bayer Leverkusen" komandası ilə İtaliyanın "Atalanta" komandaları turnirin 53-cü çempionu olmaq üçün mübarizə aparacaq. Rumıniyalı referi İştvan Kovacsın fit çalacağı və saat 23.00-da başlayacaq final matçı "TV8" və "Exxen" kanallarında canlı yayımlanacaq. Finalın oynanılacağı 51.711 min nəfərlik Dublin Arena 2010-cu ildə açılıb. Dublin Arena da 2011-ci ildə UEFA Avropa Liqasının finalına ev sahibliyi etmişdi və burada "Porto" "Braqa"ya 1:0 hesabı ilə qalib gəlmişdi. “Qalatasaray” tarix yazdı UEFA kubokunu qazanan yeganə türk klubu olan "Qalatasaray" bu uğura 1999-2000-ci il mövsümündə nail olub. Matçda məğlub olmadan kuboka yüksələn sarı-qırmızılılar Danimarkanın paytaxtı Kopenhagendə finalda İngiltərənin "Arsenal" komandasını penaltilər seriyasında 4-1 məğlub edərək böyük uğura imza atıb. Ən çox qazanan ispanlar olub 1971-ci ildən təşkil olunan UEFA Kubokunda İspaniya daha əvvəl 19 komanda ilə finalda təmsil olunub və 14 dəfə çempion olub. İngilislər və italyanlar hərəyə 17 komanda ilə qatıldıqları finalda 9 dəfə çempion olublar. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
bizimyol.info

1Mənbələr