AZ

Proqramçılar üçün nəzərdə tutulmuş BenQ RD240Q adlı monitor təqdim edilib - QİYMƏTİ

     BenQ şirkəti proqramçılar üçün nəzərdə tutulmuş monitorunu təqdim edib. Bu monitorun əsas fərqləndirici özəllikləri arasında gözlərin qorunması və onların yorulmaması üçün nəzərdə tutulmuş funksiyalara sahib olmasıdır. Şirkətin bu yeni monitoru BenQ RD240Q adlanır. O, 2560x1600 piksel keyfiyyətli 24.1 düym ekranla təchiz olunub. Monitorun ekranı DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitorun ekran gövdə nisbəti 16:10 təşkil edir. Bu cür ekran gövdə nisbəti öz növbəsində bu monitoru 16:9 ekran gövdə nisbətinə sahib digər monitorlardan daha uzunsöv edir.     Nəticədə monitor şaquli vəziyyətdə öz ekranında daha çox kod sətri ilə digər məlumatları əks etdirə bilir. Monitor özündə USB-C girişini birləşdirir. Onun sayəsində hətta digər cihazları da şarj etmək mümkündür. Bunun üçün USB-C girişi 90 vatt çıxış gücünə sahibdir. BenQ şirkəti bildirib ki, monitor ekranın parlaqlıq səviyyəsinin avtomatik ayarlanması funksiyasına sahibdir. Üstəlik ekranın özü hər hansısa mənbədən ola biləcək parıltını aradan qaldırmaq üçün nəzərdə tutulmuş xüsusi örtük ilə əhatə olunub. BenQ RD240Q monitoru proqram təminatı səviyyəsində bir sıra faydalı funksiyaya sahibdir.     Məsələn monitorda olan gecə rejimi ekranın parlaqlıq səviyyəsini aşağı salır və IDE rənglərini qaraldır. Üstəlik monitor göy işıq filtrinə sahibdir və istifadəçi onu fərdi şəkildə ayarlaya bilər. Bundan əlavə olaraq ekran özündə əks olunan mətnin avtomatik emalı funksiyasına sahibdir. Bu funksiya istənilən xarici işıqlanma mühitində və kompüterin rəng sxemlərində mətnin daha aydın şəkildə görünməsini təmin edir. Monitorun aşağı hissəsində müxtəlif istifadə profilləri arasında keçid düyməsi mövcuddur. İstifadəçi konkret proqramlaşdırma prosesi üçün göy işıq filtrini aktivləşdirə və ya ekranın parlaqlıq səviyyəsini azalda bilər. BenQ RD240Q artıq 385$ qiymətində satışa çıxıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
technote.az

1Mənbələr