AZ

Logistika sənayesində yeni dövr: Sürücüsüz yük maşınları

Süni intellekt bütün sektorların maraq dairəsinə çevrilib. Las-Veqasda keçirilən “ACT Expo” sərgisində təqdim edilən “Volvo VNL” yük maşınlarının bir neçə ay ərzində logistika sənayesində istifadə edilməsi planlaşdırılır.

Avtosfer.az xəbər verir ki, yük maşınları avtonom rejimdə olsa da, hər ehtimala qarşı sükan arxasında sürücü də əyləşəcək.

“Aurora” və “Continental” şirkətləri yanvar ayında avtonom yük maşınlarının kütləvi istehsalı üçün 300 milyon dollarlıq layihənin birinci mərhələsinə başlayıblar. İki şirkət nasazlıq zamanı işə düşəcək ehtiyat kompüter və “AV” aparat dəsti hazırlayıb. Bu dəstlər 2027-ci ilə qədər avtomobillərdə olmayacaq.

“Volvo VNL” artıq sükan, əyləc, rabitə, hesablama, enerjinin idarə edilməsi, enerjinin saxlanması və avtomobilin hərəkətinin idarə edilməsi kimi sistemlərə sahib olacaq. Həmçinin yük avtomobili avtonom avtomobillər üçün nəzərdə tutulmuş “Aurora Sürücü” sistemi ilə təchis ediləcək.

Adi yük maşınlarından daha bahalı olacağı gözlənilən avtonom yük maşınları uzun müddətdə əmək və yanacağa qənaət edə bilər. Bu, gələcəkdə sektorda sürücülərin işini itirməsi demək olsa da, 24 saat fasiləsiz daşıma qabiliyyətinə də yol açır. Bundan əlavə, proqnozlara qəzaların azaldılması, yol təhlükəsizliyinin artırılması və çatdırılma müddətlərinin qısaldılması daxildir.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
avtosfer.az

1Mənbələr