AZ

Zaqtalanın bir neçə kəndində sel suları bir sıra fəsadlar törədib

 

 

Azərforum xəbər verir ki, gecə saatlarından yağan leysan yağışları Zaqatala rayonunun bir neçə yaşayış məntəqəsində fəsadlar törədib.

 

Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Ülviyyə Şabanova AZƏRTAC-a açıqlamasında bildirib ki, aramsız yağan leysan rayonun ucqar Üçüncü Tala kəndində qrunt sularının artmasına və fəsadlara səbəb olub.

Onun sözlərinə görə, bu fəsadların baş verməsinin bir səbəbi də arx və kanallara sakinlər tərəfindən müxtəlif diametrli boruların düzülməsidir ki, nəticədə axının qarşısı alınır və su daşaraq həyətlərə dolur.

 

“Nümayəndəliyi əhatə edən üç kəndə - Bozbinə, Maskarabinə və Üçüncü Tala kəndinə xeyli ziyan dəyib. Belə ki, vətəndaşlara məxsus 100 hektardan yuxarı fındıq sahələri, 50 hektardan artıq meyvə-tərəvəz bağları lil altında qalıb, 100-dən çox ev quşu tələf olub. Evlərin zirzəmilərinə, damlara su dolub. Bir vətəndaşa məxsus 71 qram ipəkqurdu tələf olub”, - deyən Komissiya üzvü, mövcud vəziyyətlə əlaqədar müvafiq təşkilatların maşın və texnikalarının kəndə cəlb edildiyini diqqətə çatdırıb.

 

Rayon Fövqəladə Hallar Komissiyasından o da bildirilib ki, səhər kəndin əksər yolları və məktəbin həyəti su ilə dolduğundan tədrisə birgünlük ara verilib. Həmin günün dərsləri şənbə gününə keçirilib. Digər tərəfdən, təhlükəsizlik baxımından kənd uşaq bağçasının fəaliyyəti birgünlük məhdudlaşdırılıb.

 

Komissiyadan verilən məlumata görə, Üçüncü Tala və ətraf kəndlərdə elektrik enerjisinin, rabitənin verilməsində heç bir məhdudiyyət yaşanmayıb.

 

Fəsadların aradan qaldırılması gün boyu davam etdiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4569
ekologiya.az

1Mənbələr