AZ

Qatlana bilən qapaqlı Motorola Razr 50-nin satış qiyməti məlum olub

     Motorola şirkəti qatlana bilən qapaqlı Motorola Razr 50 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya minimum iki modelin daxil olacağı gözlənilir. Motorola Razr 50 və Razr 50 Ultra. Dünən sözügedən smartfonların render fotoları ilə texniki imkanları ortaya çıxmışdılar. İndi isə internetdə adi Motorola Razr 50 modelinin hansı qiymətə satılacağı barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Motorola Razr 50 modeli 700$ qiymətində satışa çıxacaq.     Qeyd etmək lazımdır ki, sözügedən smartfon 6.9 düym ölçülü daxili ekranla və 3.63 düym xarici ekranla təchiz olunmalıdır. Smartfonun MediaTek Dimensity 7300X prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 13 MP ikili arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirəcəyi gözlənilir. Batareyaya gəldikdə isə Motorola Razr 50-nin 4200 mAh enerji tutumlu batareyanı əldə edəcəyi güman edilir. Qeyd etmək lazımdır ki, Motorola şirkəti Razr 40 smartfon seriyasını keçən il iyun ayının əvvəlində təqdim etmişdi. Heç istisna deyil ki, şirkət Razr 50 smartfon seriyasını bu il də iyun ayının əvvəlində təqdim etsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
technote.az

1Mənbələr