AZ

İnsan beyninə çip yerləşdiriləcək – İlon Mask icazəsini aldı

Amerikalı milyarder və sahibkar İlon Maskın “Neuralink” şirkəti ABŞ-ın Qida və Dərman Administrasiyasından (FDA) ikinci könüllünün beyninə kompüterlə birbaşa əlaqə yaratmaq üçün nəzərdə tutulmuş çipin yerləşdirilməsi ilə bağlı icazə alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Mask “X” sosial şəbəkəsində yazıb ki, şirkət artıq beyin çipinin ikinci sınağı olmaq istəyən hər kəsin müraciətlərini qəbul etməyə başlayıb.

“Bu, sadəcə, düşünməklə telefonunuzu və kompüterinizi idarə etməyə imkan verən kibernetik beyin implantımız olan telepatiyamızdır”, – milyarder yazıb.

Qeyd edək ki, implantasiya edilmiş cihaz eşitmə cihazı kimi qulağın arxasına bərkidilmiş ağ elektrodların beyinə getdiyi qəbuledici kapsuldur.

Ümumilikdə beyinə hər biri insan tükündən dörd dəfə nazik olan 1500-ə qədər elektrod yerləşdirilir.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
32
yenicag.az

10Mənbələr