AZ

Məşhur astroloq Rəisinin ölümündən danışdı: kənardan müdaxilə...

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı məşhur türk astroloq Dinçer Güner astroloji baxımdan şərhlər verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Dinçer “Rəisinin ölümü qəza, yoxsa sui-qəsddir?” sualının cavabını aydınlaşdırmağa çalışıb.

“Qəzanın baş verdiyi 19 may tarixində cənub ay düyünü Tərəzi bürcündədir. Cənub ay düyünü ilə birləşən planetlər həmişə zərərli, bədxah, problemli təsirləri aşkar etməyə meyllidirlər. Qəza ilə bağlı məsələlərdə həm də Marsa baxmalıyıq. Xəritədə Mars qəza günü Qoç bürcündədir və aya baxır. Marsın xüsusilə 7-ci evdə və belə bir qəza cədvəlində olması kifayət qədər maraqlıdır.

Bu xəritədə Tərəzinin hakim planeti Venera isə Uranla birlikdə xəritənin böyük böhranları, qəzaları və problemləri təmsil edən 8-ci evindədir. Uran da bizə həmişə qeyri-təbii vəziyyətlərdən, müdaxilələrdən xəbər verir. Unutmayaq ki, Merkuri də ölümlə bağlı məsələlərdə həmişə söz sahibidir. Xəritədə də Merkuri Plutonla kvadrat bucaqdadır. Pluton isə, ölülər diyarının tanrısıdır. Bütün bunları nəzərə aldıqda kənardan bir müdaxilə beyində sual işarəsi yaradır. Bu da sadəcə bir təxmindir. Heç bir əminlik olmadan səma işarələrini oxumağa çalışdım”, - astroloq qeyd edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
news24.az

1Mənbələr