AZ

İranda prezident seçkilərinin vaxtı bəlli oldu

 

  İran yeni prezidentini seçmək üçün iyunun 28-də seçkiyə gedəcək.

  Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin yerinə müvəqqəti prezident təyin edilən ölkənin vitse-prezidenti Məhəmməd Muhbir prezident seçkilərinin tarixini iyunun 28-i elan edib.

  İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, müvəqqəti prezident Məhəmməd Muhbir parlamentin spikeri Məhəmməd Bakir Qalibaf və Ədliyyə sədri Qulamhüseyn Muhsin Ejei ilə prezident seçkilərinin vaxtının müəyyən edilməsi ilə bağlı görüş keçirib. İclasın sonunda verilən bəyanatda seçkinin iyunun 28-də keçiriləcəyi bildirilib.

  Prezident seçkilərində namizəd olmaq istəyənlər mayın 30-dan iyunun 3-dək lazımi ərizələrini verməlidirlər.

  İyunun 12-dən iyunun 27-si səhərədək seçkilərin təbliği tədbirləri aparılacaq.

  Qeyd edək ki, İranda prezidentlər 6-sı hüquqşünas, 6-sı fəqih (din alimləri) olmaqla 12 nəfərlik Konstitusiya Mühafizləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

  İranın mərhum prezidenti İbrahim Rəisi mayın 20-də ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və heyətilə birlikdə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimindən qayıdarkən helikopter qəzasında həyatını itirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
trt.net.tr

3Mənbələr