AZ

Bitkoin 71 min dollara yaxınlaşdı

Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 7,7 faiz artaraq 2 trilyon 600 milyard dollara çatıb.

News24.az xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti, Ethereum üçün ETF müraciətlərinin təsdiqlənəcəyi ilə bağlı xəbər axını səbəbindən son 24 saatda 6 faiz artımla 70 milyon 975 min dollar səviyyəsində ticarət edilir.

Bazar dəyərinə görə 2-ci yerdə olan Ethereum, son 24 saatda 18 faizdən çox dəyər qazanaraq 3 min 600 dollar səviyyəsini keçib.

Beynəlxalq mətbuatda çıxan bəzi xəbərlərdə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Ethereum ETF-ləri üçün müraciətlərin təsdiqi ilə bağlı işlərini sürətləndirdiyi iddia edilib.

Qeyd edək ki, Ethereum avtomatlaşdırılmış proqram protokolları vasitəsilə mərkəzləşdirilməmiş maliyyə xidmətləri göstərmək üçün populyarlaşıb.

Eyni zamanda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitcoin ETF ərizəsini təsdiqləyib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
news24.az

1Mənbələr