AZ

Daha bir azyaşlı Kliniki Tibbi Mərkəzdə sağlamlığına qovuşdu » Medical Media


9 yaşlı uşaq ağciyərdə exinokokk kistası (qurd kistası) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
 
Mərkəzdən Medicalmedia.az-a verilən xəbərə görə, xəstədə sol ağciyərdə 10 sm ölçülü exinokokk kistası aşkar olunub. Mərkəzdə uşağın müayinələrindən sonra əməliyyat icra edilib. Əməliyyat Kliniki Tibbi Mərkəzin uzman uşaq cərrahı Aynur Qurbanova, həkim-uşaq cərrahı Günay Əmrahlı və anestezioloq Elnarə Niftəliyevanın iştirakı ilə baş tutub.
 
Əməliyyatdan sonra xəstədə hər hansı ağırlaşma və narahatlıq müşahidə edilməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
medicalmedia.az

1Mənbələr