AZ

Postsovet məkanının sülh carçıları Azərbaycan-Belarus 

Belarus Prezidentinin Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, əlaqələrin keyfiyyətcə inkişafına töhvə verəcək. Bu səfər həmçinin siyasi münasibətlərlə yanaşı əməkdaşlıq məsələsində yeni mərhələnin başlanğıcıdır. Belarusun Qarabağda 420 ailəlik yaşayış məntəqəsinin salınmasına təşəbbüs göstərməsi də gələcək perspektivə köklənən qərardır.

Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenkonun təkbətək və geniş tərkibdə görüşlərində bir sıra önəmli mesajlar verildi və iki ölkə arasında əməkdaşlığa dair sənədlər imzalandı. Elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi-sənaye, nəqliyyat, turizm, iqtisadiyyat sahələri ilə yanaşı digər sahələri əhatə edən sənədlər nəinki Azərbaycan-Belarus eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də Belarus Prezidentinin Azərbaycan haqqında söylədiyi ifadələrdir. Aleksandr Lukaşenko deyib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.

Araşdırmalar da onu deməyə əsas verir ki, Belarus və Azərbaycan region və post sovet məkanı üçün sülh arzu edən, bu yöndə ciddi səy göstərən ölkələrdir. Həm Belarus Prezidenti Aleksandr Lukaşenko, həm Müzəffər Ali Baş Komandan İlham Əliyev daim sülh çağırışları ediblər. İstər yerli, istərsə də beynəlxalq tribunalardan səsləndirilən bu fikirlərə artıq həmrəy olan ölkələrin sayı çoxalmaqdadır. Bu günkü reallıqlar da onu deməyə əsas verir ki, sülhün əldə olunması region üçün yeni perspektivlər yaradır. Bu imkanlardan yararlanmaq isə Ermənistan rəhbərliyindən asılıdır. Bir müddətə qədər sülh çağırışlarına məhəl qoymayan, prosesi bu və ya başqa vəcdlərlə uzatmağa çalışan Paşinyan hakimiyyəti sülhün qaçılmaz olduğunu nəhayyət dərk edir və mətbuata verdiyi son bəyanatlarında da sülh prosesinin tez bir zamanda reallaşacağına əminliyini ifadə edir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
sabahinfo.az

1Mənbələr