AZ

Ermənisayağı demokratiya: Polislər sosial şəbəkələrdə də “güc“ tətbiq edəcəklər

Ermənistanda polislər artıq sosial şəbəkələrdə təhqiramiz ifadələr paylaşan vətəndaşlara da güc tətbiq edə biləcəklər. News365.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti məlumat yayıb. Nəşr yazır ki, bununla bağlı polis əməkdaşlarına səlahiyyət verilib. 

"Onların fotoşəkilləri, videoları internetdə, Fcaebook və digər platformalarda sərt, təhqiredici yazılarla paylaşılarsa, polislər bunu edənlərə, onların ailələrinə və dostlarına qarşı “kobud güc” tətbiq edə biləcəklər. Bununla bağlı artıq xəbərdarlıqlar da edilib ki, polisdə qarşılıqlı mübahisə və vətəndaşları təhqir etmək səlahiyyəti var.

Başqa sözlə, hökumətin saxtakarlıqları davam edir. Polisə qarşı ictimai nifrəti yatırmaq üçün əks-hücum etmək əmri verilib. Onlar polisi hər cür mümkün yollarla “özlərini müdafiə etməyə” çağırırlar və insidentlərlə bağlı heç bir rəsmi araşdırma aparılmayacağına söz veriblər", - nəşr yazıb.

Xatırladaq ki, mayın 15-də İcevan əsilli polis Aşot Qulinyan həyat yoldaşı Lilit Xaratyan öz Facebook səhifəsində ərinin davranışını əks etdirən videoyazılara götə vətəndaşları təhqir etmişdi.  Polis məmurunun həyat yoldaşı təhqiramiz sözlərlə yanaşı, insanları paylaşımlara görə qisas almağa da çağırıb. Polis isə məlum videodakı davranışına görə cəzalandırılmayıb. Bunu özünümüdafiə sayıblar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
news365.az

1Mənbələr