AZ

Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib

Prezident Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin vəfatı ilə əlaqədar birgünlük milli matəm elan etməyə qərar verdiklərini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
Helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin həlak olmasına görə kədərləndiyini  bir daha vurğulayan Türkiyə Prezidenti deyib:
“İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə birgünlük matəm elan etmək qərarına gəldik”.
Ərdoğan həmçinin qeyd edib ki, Rəisi və heyətini daşıyan helikopter qəzaya uğradıqdan sonra İranın istəyi ilə bu ölkəyə göndərilən “Akıncı” PUA-sı çətin hava şəraitinə baxmayaraq bölgədə 7,5 saat ərzində axtarış fəaliyyəti həyata keçirib. 
Qeyd edək ki, İbrahim Rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan helikopter ötən gün Azərbaycan-İran sərhədində yerləşən  bəndin açılış mərasimindən qayıdarkən əlverişsiz hava şəraiti səbəbindən qəza enişi edib.
İran havadan axtarış aparmaq üçün Türkiyədən pilotsuz uçuş aparatı (PUA) istəyib.Türkiyənin ''Akinci” PUA-sı İbrahim Rəisini daşıyan helikopterin qəza enişi etdiyi ehtimal olunan  "istilik mənbəyi" tapıb.
Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.

İran xilasedici qruplar müəyyən edilmiş nöqtəyə gedib və qəza nəticəsində sağ qalanın olmadığını müəyyən ediblər.

Məlumatda qəza nəticəsində İran Prezidenti, İranın xarici işlər naziri və helikopterin göyərtəsindəki digər rəsmi şəxslərin həlak olduğu bildirilib.

 

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
trt.net.tr

10Mənbələr