AZ

Məlumatları özündə "əbədi" saxlayacaq fləş-kart yaradıldı

"Machdyne" şirkəti məlumatların uzunmüddətli saxlanması üçün nəzərdə tutulmuş fləş-kart yaradıb.

"Blaustahl" USB cihazı qiymətli məlumatların saxlanması və ötürülməsi məqsədi daşıyır. O, məlumatı "əbədi" saxlamağa imkan verən ferroelektrik yaddaş (FRAM) texnologiyasına əsaslanır. İstehsalçı məlumatların 200 il ərzində kartda qalacağına zəmanət verir.

Həmçinin, FRAM sayəsində fləş-kart çox böyük resursa malikdir. Buradakı məlumatlar trilyonlarla dəfə yazılıb-pozula bilər. Kartın yaddaş tutumu səkkiz kilobaytdır - beləliklə, diskdə 8 192 simvol saxlamaq olar. "Blaustahl" mühüm mətn məlumatlarını saxlamaq və onu gələcək nəsillərə ötürmək üçün əlverişlidir. Qurğu 35 dərəcədən çox olmayan temperaturda saxlanmalıdır.

Qeyd edək ki, adi disklərdə istifadə olunan NAND fləş yaddaşının müddəti 16 ildən 20 ilə qədərdir.

"Əbədi" USB-nin qiyməti 30 avrodur.

© Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
4
valyuta.az

5Mənbələr