AZ

Yüzlərlə Tehran sakini matəm aksiyasında iştirak etmək üçün küçələrə çıxdı - VİDEO

İranda Prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olanların xatirəsinə matəm aksiyası təşkil edilib.

Aksiyada iştirak etmək üçün yüzlərlə insan Tehran küçələrinə çıxıb.

Video yerli media və sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanıb.

Qeyd edək ki, səhər saatlarında İran faciə ilə əlaqədar beş günlük matəm elan edib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
news365.az

1Mənbələr