AZ

Pakistandan Türkiyəyə maraqlı təklif

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşdə Türkiyə sənaye müəssisələrinin İslam Respublikasına köçürülməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Pakistan hökuməti başçısının mətbuat xidmətinin məlumatına görə, müvafiq təşəbbüs investisiya əməkdaşlığının dərinləşdirilməsi üzrə tədbirlərin müzakirəsi kontekstində elan edilib.

Söhbət zamanı Şərif "Pakistanın iki qardaş ölkə arasında ticarət, investisiya, elmi, texnoloji və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib".

Pakistan hökumətinin başçısı vurğulayıb ki, Türkiyə ilə ticarət dövriyyəsinin hazırkı həcmi ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun gəlmir və yaxın üç ildə bu həcm beş milyard dollara çatdırılmalıdır.

Məlumatda qeyd edildiyi kimi, tərəflər cari regional və qlobal hadisələri, xüsusilə də Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, Türkiyə XİN-in rəhbəri mayın 19-da Pakistana rəsmi səfərə gədib. O, Pakistanın baş naziri ilə yanaşı, Pakistan Ordusunun Baş Qərargah rəisi general Asim Munir və xarici işlər naziri İshaq Dar ilə məsləhətləşmələr aparıb. H.Fidanın Pakistan Milli Assambleyası və Senatının (parlamentin aşağı və yuxarı palataları) sədrləri ilə görüşü nəzərdə tutulub.

Mənbə: Tass


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
news365.az

2Mənbələr