AZ

"ABŞ-ın əli yoxdur..." - Pentaqondan açıqlama

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında ABŞ-ın əli yoxdur.

“Report” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib.

“Biz vəziyyətə nəzarəti davam etdiririk, lakin qəzanın səbəbləri barədə heç bir məlumatımız yoxdur. Hadisənin nədən qaynaqlandığını deyə bilmərəm”, - deyə o qeyd edib.

Pentaqon rəhbəri qəzanın səbəbləri ilə bağlı İran tərəfindən aparılan təhqiqatın başa çatmasını gözləməyi təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
4
azpolitika.info

5Mənbələr