AZ

Putin onu müdafiə nazirinin müavini təyin etdi 

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Yuri Sadovenkonu tutduğu vəzifədən azad edib.


Referans.az xəbər verir ki, dövlət başçısının fərmanının mətni hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.


Bildirilir ki, Sadovenkonun işdən çıxarılması haqqında fərman imzalandığı gündən - mayın 20-dən qüvvəyə minir.


Rusiya lideri digər sərəncamı ilə Hesablama Palatasının auditoru Oleq Savelyevi müdafiə nazirinin müavini vəzifəsinə təyin edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
referans.az

10Mənbələr