AZ

İran prezidentinin ölümündə ittiham edilən İsraildən ilk AÇIQLAMA

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğrmasında görə ittiham edilən İsrail yazılanlara reaksiya verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə adı açıqlanmayan bir İsrail rəsmisi danışıb.

Adı anonim saxlanılan rəsmi İ.Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzası nəticəsində həlak olmasında İsrailin heç bir əlaqəsinin olmadığını deyib.

Qeyd edək ki, İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman Rəisinin ölümünün İranın bölgədəki siyasətində hər hansı dəyişikliyə səbəb olacağını gözləmədiyini bildirib.

“Bizim üçün fərqi yoxdur. İsrailin İrana münasibəti dəyişməyəcək. İranın siyasətini Ali Rəhbər Ayətullah Əli Xamenei müəyyən edir. Lakin prezidentin amansız bir insan olduğuna heç bir şübhə yox idi. Biz göz yaşı tökməyəcəyik" - Liberman deyib.

Billurə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
olke.az

10Mənbələr