AZ

Dövlət Xidməti: Azərbaycanda 105 yoxlama şəhadətnaməsi ləğv edilib

Azərbaycanda 2023-2024-cü illərdə 105 yoxlama haqqında şəhadətnamənin ləğv edilməsi ilə bağlı göstəriş verilib.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev "Milli Metrologiya Forum"unda deyib.

Onun sözlərinə görə, xüsusi ilə yanacaqdoldurma məntəqələrindən daxil olan müraciətlərin sayı deməyə əsas verir ki, bir çox hallarda yoxlama haqqında şəhadətnamə qanunvericilik tələblərinin pozulması ilə verilib.

E. Quliyev qeyd edib ki, 19 qurum barəsində inzibati məsuliyyət tədbirləri, 2 qurum barədə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

O əlavə edib ki, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara nəzarət istiqamətində tədbirlər də davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
11
ikisahil.az

10Mənbələr