AZ

Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir-Parlament sədri

Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, səfərinin məqsədi ölkələr arasında parlamentlərarası əməkdaşlığı dərinləşdirməkdir:

“Parlament dostluq qrupları arasında mövcud sıx əməkdaşlıqla yanaşı, parlamentlərimizin müxtəlif komitələri və ya komissiyaları arasında daha sıx əməkdaşlığın qurulması imkanlarını müzakirə etdik. Məsələn, təhsil, mədəniyyət sahəsi, ölkələrimiz arasında tələbə mübadiləsinin qurulması və bir çox başqa imkanlar barəsində fikir mübadiləsi apardıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
14
ikisahil.az

10Mənbələr