AZ

Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb

"Ölkəmiz demokratiyaya davamlı proses kimi yanaşaraq onun inkişafı naminə ardıcıl və sistemli addımlar atır, siyasi sistemin daha da təkmilləşməsi məqsədi ilə müvafiq islahatlar kursunu həyata keçirir".

"Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputati, YAP Təftiş Komissiyasinin üzvü, Elman Nəsirovun sözlərinə görə, xüsusilə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli və genişmiqyaslı islahatlar kursu yeni mərhələyə yüksəlmişdir: "Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşmışdır. Siyasi mədəniyyət keyfiyyətcə yeni mərhələyə keçmişdir. Partiyalararası dialoqun möhkəm təməli qoyulmuşdur və onun inkişaf istiqamətlərinin konturları cızılmışdır.

Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz və "dəmir yumruq"a çevrilmiş xalqımızın əldə etdiyi tarixi qələbə yeni siyasi reallıqlar yaratmışdır. Bütün bu gerçəkliklər fonunda qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi mənafeyinə xidmət edən addımların atılması tarixi zərurətə çevrilmişdir. Bu yolda ən mühüm addım "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması oldu. Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınmışdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
2
sabahinfo.az

3Mənbələr