AZ

Qəzada ölən Abdullahianın tərcümeyi-halı

Ötən gün Şərqi Azərbaycanda baş verən helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisi ilə yanaşı, ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian da həlak olub.
BUTA.TV xəbər verir ki, Hüseyn Əmir Abdullahian 1964-cü il aprelin 23-də Damqan şəhərində anadan olub. Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə doktorluq dissertasiyası müdafiə edib. Məhəmməd Hatəminin prezidentliyi dövründə aparılan nüvə müzakirələrində Nüvə Müzakirəkərinin Siyasi və Təhlükəsizlik Komitəsinin üzvü olub. Keçmiş prezident Həsən Ruhanini dövründə Tehrandakı Britaniya səfirliyinin yenidən açılmasından sonra Londona dəvət edilən və o vaxtın Britaniya xarici işlər naziri Filip Hammondla görüşən ilk iranlı rəsmi olub. Abdullahian 2007-ci ildə Bağdadda aparılan İran-ABŞ görüşündə İran nümayəndə heyətinə rəhbərlik edib. 2003-cü ildən İran Xarici İşlər Nazirliyində İraq məsələləri üzrə şöbə müdiri vəzifəsini daşıyıb.

O, 2011-ci ildə xarici işlər nazirinin Ərəb-Afrika məsələləri üzrə müavini vəzifəsinə təyin olunub və 2016-cı ilədək burada işləyib. 2021-ci ilin avqustunda Cavad Zərifin istefasından sonra Abdullahian İranın xarici işlər naziri oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
buta.tv

3Mənbələr