AZ

“Qarabağ” 27 ilin rekordunu vurub

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXV turunda “Turan Tovuz”u 4:3 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bununla da mövsümdəki qol sayını 95-ə çatdırıb.

Klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub. 1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qola sevinməyib. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/97 mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.

Ümumilikdə isə “Qarabağ” yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) 1992-ci ildə daha çox qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
36
offsideplus.az

10Mənbələr