AZ

Çin üç Amerika şirkətinə sanksiya tətbiq edib

Çin hakimiyyəti Tayvana silah tədarük etdiyinə görə üç Amerika şirkətinə sanksiya tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, “General Atomics Aviation Systems”, “General Dynamics Land Systems” və “Boeing Defence, Space and Security” şirkətlərinə məhdudiyyətlər qoyulub. Bu şirkətlərə Çinə məhsul idxal və ixrac etmək, ölkə iqtisadiyyatına investisiya qoymaq qadağandır. Yüksək vəzifəli şəxslərin ölkəyə girişi və yaşayış icazəsi alması qadağan edilib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Çin avtomobillərinin keyfiyyətinin artması ilə əlaqədar sanksiyalar tətbiq etdiyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
3
editor.az

4Mənbələr