AZ

SEPAH komandanı İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə gedib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami Prezident İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi əraziyə yollanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Səlamidən başqa, SEPAH-ın bir neçə yüksək rütbəli zabiti də qəza yerinə gedib. Onların axtarış prosesini sürətləndirmək üçün birbaşa hadisə yerindəcə əmr verəcəkləri qeyd edilir.

Daha əvvəl SEPAH-ın İranın Şərqi Azərbaycan əyalətindəki komandanı general Əsgər Abbas Qalizadə Prezidentin olduğu helikopterin qəzaya uğramasının dəqiq yerinin müəyyən edildiyinə aydınlıq gətirib. O, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəsin çətin eniş sahəsinə getdiyini və “insanlara xoş xəbər çatdıracağına” ümid etdiyini qeyd edib.

Qeyd edək ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
7
musavat.com

10Mənbələr