AZ

Cüdo: Gənclər Malaqada 2 “bürünc”lə kifayətləndilər

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Kubokunda iştirak edib.

Arena.az xəbər verir ki, ölkəmiz yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunub.

Cüdo millimiz Avropa Kubokunda 2 medalla kifayətlənib. Azərbaycan idmançıları turnirin ilk günündə 2 bürünc medal əldə ediblər. 66 kq çəkidə Məhəmməd Musayev və 73 kq çəkidə Aydın Rzayev üçüncü yeri tutublar. Sonuncu gündə cüdoçularımızın medal qazanmaq arzusu gerçəkləşməyib.

Qeyd edək ki, turnirdə 21 ölkədən 351 idmançı iştirak edib.
Cüdoçularımız mayın 20-22-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına da qatılacaqlar.

Cüdoçulara gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.

Millimiz Malaqaya bu heyətlə yollanıb:

60 kq
Əli Hacıyev
Murad Muradlı

66 kq
Mehdi Cəfərov
İslam Rəhimov
Məhəmməd Musayev

73 kq
Aydın Rzayev
Əbil Yusubov

81 kq
Süleyman Şükürov
Əli Hacızadə

90 kq
Davud Namazlı
Tuncay Şamil

100 kq
Əjdər Bağırov

+100 kq
Kənan Nəsibov
İlkin Baxşəliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
arena.az

1Mənbələr