AZ

Biləsuvarda ot bağlamasının qiyməti 2 dəfə ucuzlaşıb

Biləsuvar rayonunda artıq bir neçə gündür ki, ot biçini başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, biçin hava şəraiti ilə əlaqədar bir müddət gecikib.

Həmçinin quru ot bağlamalarının satışlarına da start verilib. Fermerlərin sözlərinə görə, quru yonca otunun bağlamalarının qiyməti təxminən 2 dəfə aşağı düşüb. Qiymət birinci biçim üçün ötən il 3-3,5 manat olsa da, hazırda bu qiymət 1,5-2 manata qədər enib.

Fermerlər qiymətlərin ucuzlaşmasının səbəbini bu il daha çox sahədə ot bitkilərinin əkini ilə əlaqələndirirlər.

Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il ötən ildəkindən 3 min hektardan çox sahədə yem bitkiləri əkilib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
9
big.az

10Mənbələr