AZ

Bu ölkələr helikopterin axtarışına dəstək verəcək - Yenilənib

Türkiyə İran Prezidenti İbrahim Rəisi və xarici İşlər naziri Hüseyn Əmir Abdullahianın da olduğu helikopterin qəza enişi etməsindən sonra axtarış-xilasetmə işlərinə dəstək üçün hərəkətə keçib.

“Qafqazinfo” xəbər verir ki, bu Türkiyə XİN məlumat yayıb.

Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək.

Belə ki, bu ölkənin Baş naziri Məhəmməd əl-Sudani Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışlarına kömək etməyi tapşırıb.

Qeyd edilir ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələri İ.Rəisinin olduğu helikopterin axtarışındadır.

***

Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecə görmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar göndərib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) paylaşımında bildirilib.

Məlumatda qeyd olunub ki, İran tərəfinin dəstək xahişi AFAD-a Türkiyə Xarici İşlər Nazirliyinin kanalları ilə daxil olub.

Qəza bölgəsinə Türkiyənin Van və Ərzurum vilayətlərindən 32 xilasedici ilə 6 nəqliyyat vasitəsi göndərilib. Həmçinin, Ankara, Diyarbəkir və Konya vilayətlərindən də ümumilikdə 45 xilasedici hazır vəziyyətə gətirilib.

AFAD rəhbərliyi İrandakı hadisələri diqqət mərkəzində saxladığını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
13
qafqazinfo.az

10Mənbələr