AZ

Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik

Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik

Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım olunub.

Qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərləri üzüntü ilə izləyir.

"Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarına ümid edir və qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür", - Türkiyə XİN bildirib.

Qeyd edək ki, İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
37
sonxeber.az

10Mənbələr