AZ

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO

Tovuzda baş verən bədbəxt hadisənin bəzi təfərrüatı aşkarlanıb.
 
Belə ki, quş yuvası dəm qazından zəhərlənməyə və ölümə səbəb olub.
 
Hadisə şahidinin sözlərinə görə, ailə uzun zamandır o evdə yaşamadığı üçün sobada quşların yuva qurduqlarından məlumatsız olublar. Onlar havanın soyuq olmasına görə qaz sobasını yandırıblar. Öncə başları ağrayıb, gecə isə zəhərləniblər.
 
Qeyd edək ki, rayonun Əlibəyli kəndindəki evlərinə həftəsonu istirahətə gedən 54 yaşlı Gülşən Əmrahova, oğlu - 20 yaşlı Əmrah Əmrahov və gəlini - 20 yaşlı Aysun Əhmədova dəm qazından zəhərləniblər.
 
Bildirilib ki, 54 yaşlı qadın dəm qazından boğularaq yerindəcə dünyasını dəyişib. Digər iki nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Daha ətraflı "Xəzər Xəbər"in süjetində:
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
26
moderator.az

10Mənbələr