AZ

81 yaşlı milyarder özündən 43 yaş kiçik qadınla gizli nişanlandı

Sərvətinə görə ölkəsində 141-ci yerdə qərarlaşan avstraliyalı milyarder Robert Uayt 38 yaşlı Alessandra Eddi ilə gizli nişanlanıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, həm Uayt, həm də Eddi nişanlanmanı gizli saxlayıblar, lakin Avstraliyanın "The Sunday Telegraph" tabloidi bundan xəbər tutub.

Eyni zamanda mənbələr iddia edir ki, milyarder hələ də mümkün nişanlısına evlilik təklifi etməyib. "Bu, Robertin qadınlara əhəmiyyətli üzüklər bağışlayan ilk halı deyil", - onun yaxın həmkarlarından biri söyləyib.

Bu xəbər milyarderin sevgilisinin atası Nikolas Eddini narazı salıb. O, Uaytin qızı ilə evlənməsi fikrini bəyənmir, çünki qız 43 yaş kiçikdir. Bu, Uaytun malikanəsinə köçdükdən sonra məlum olub.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
big.az

2Mənbələr