AZ

Premyer Liqa: “Mançester Siti” ardıcıl 4-cü dəfə çempion oldu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, mövsümün qalibi də son turda müəyyənləşib.

“Mançester Siti” doğma meydanda “Vest Hem”ə qalib gəlməklə xallarının sayını 91-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib. Bu, “şəhərlilər”in ardıcıl 4-cü, klub tarixində isə 10-cu çempionluğudur.

Yeri gəlmişkən qeyd edək ki, “Mançester Siti” Premyer Liqada ardıcıl dördüncü dəfə çempion olan ilk komanda kimi tarixə düşüb.

Xosep Qvardiolanın komandasının əsas rəqibi olan “Arsenal” isə öz meydanında “Everton”a qalib gəlib. “Topçular” mövsümü 89 xalla 2-ci pillədə başa vurublar. Son turda “Vulverhempton”la ev oyunundan inamlı qələbə ilə ayrılan “Liverpul” isə 82 xalla 3-cü olub.

Uğursuz mövsüm keçirən “Mançester Yunayted” səfərdə baş tutan son oyununda “Brayton”a, “Çelsi” isə evdə “Bornmut”a qalib gəlib. “Tottenhem” də səfərdə “Şeffild Yunayted”i böyük hesabla məğlub edib.

68 xalla 4-cü olan “Aston Villa” da ilk üç yeri tutan komanda ilə birgə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. “Tottenhem” 66 xalla 5-ci yeri tutub və Avropa Liqasında iştirak hüququ əldə edib. Mövsümün 63 xalla 6-cı sırada bitirən “Çelsi” isə Konfrans Liqasında mübarizə aparacaq.

26 xalla 18-ci yeri tutan “Luton Taun”, 24 xalla 19-cu olan “Börnli” və 16 xalla sonuncu pillədə qərarlaşmış “Şeffild Yunayted” Premyer Liqanı tərk ediblər.

İngiltərə, Premyer Liqa
38-ci tur
19 may

Arsenal – Everton 2:1
Qollar: Tomiyasu, 43. Haverts, 89 – Qeye, 40.

Brentford – Nyuksl 2:4
Qollar: Yanelt, 48. Vissa, 70 – Barnes, 21. Mörfi, 36. İsak, 38. Gimarayns, 77.

Brayton – Mançester Yunayted 0:2
Qollar: Dalot, 73. Höylund, 88.

Börnli – Nottingem Forest 1:2
Qollar: Kallen, 72 – Vud, 2; 14.

Çelsi – Bornmut 2:1
Qollar: Kaysedo, 17. Sterlinq, 48 – Badiaşile, 49-öz qapısına.

Kristal Pelas – Aston Villa 5:0
Qollar: Mateta, 9; 39; 63. Eze, 54; 69.

Liverpul – Vulverhempton 2:0
Qollar: Makallister, 34. Kuansa, 40.

Luton Taun – Fulhem 2:4
Qollar: Morris, 45+1-pen. Dauti, 55 – A.Traore, 43. R.Ximenes, 45+3; 49. H.Uilson, 68.

Mançester Siti – Vest Hem 3:1
Qollar: Foden, 2; 18. Rodri, 59 – M.Kudus, 42.

Şeffild Yunayted – Tottenhem 0:3
Qollar: Kuluşevski, 14; 65. Porro, 59.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
32
arena.az

10Mənbələr