AZ

İcra hakimiyyətinin başçısı Göygöllü dünya çempionlarını qəbul edib

İtaliyanın Genova şəhərində Savat Assault və Kombat növü üzrə kadetlər, gənclər və böyüklər kateqoriyasında keçirilən beynəlxalq turnirdə "Göygöl Rayon İrəvan İdman Klubu"nun idmançıları 30 kiloqram çəki dərəcəsində Raul Hüseynzadə və 48 kiloqram çəki dərəcəsində Məhəmməd Məmmədli rəqiblərinə qalib gələrək turniri qızıl medalla başa vurmuşlar.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev idmançılar Raul Hüseynzadəni, Məhəmməd Məmmədlini və onların məşqçisi Fəxri Cəfərovu qəbul edərək bu yüksək nailiyyətlə bağlı onları  təbrik etmiş, respublika və beynəlxalq yarışlarda yeni-yeni uğurlar arzulamışdır. 

Sonra idmançılarla xatirə şəkli çəkdirilmişdir.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri, Göygöl rayonu.
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
xalqqazeti.az

1Mənbələr