AZ

Voleybol: Millimiz Bakıda Ukraynaya da uduzdu

Bu gün kişilərdən ibarət voleybol üzrə Azərbaycan milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamız Bakıda təşkil olunan 1-ci tur çərçivəsində Ukrayna yığması ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilən qarşılaşmada qonaq komanda 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, millimiz hər iki oyunda məğlub olaraq 1-ci turu xalsız başa vurub.

Xatırladaq ki, komandamız ilk oyunda Rumıniya yığmasına da uduzmuşdu – 0:3.

Qeyd edək ki, növbəti oyunlar 24-26 may tarixlərində Belçikada təşkil olunacaq. Rəqiblərimiz meydan sahibi və Şimali Makedoniya yığmaları olacaq.

Qızıl Avropa Liqası
1-ci tur
19 may

Azərbaycan – Ukrayna 0:3 (16:25, 16:25, 23:25)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
arena.az

2Mənbələr