AZ

"Rəisinin olduğu helikopterin qəzaya uğraması sui-qəsd ola bilməz" - Sərdar Cəlaloğlu

"İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması sui-qəsd ola bilməz".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, baş verənlər sadəcə hava şəraiti ilə bağlı olub: "İran mediasından verilən məlumata görə, hava şəraiti ilə bağlı helikopter yerə eniş edib, Rəisi heç bir xəsarət almayıb. Hadisə sui-qəsd olsaydı, helikopter havada olarkən partlayardı, Rəisi xəsarət alardı. Rəisinin İlham Əliyevlə görüşündən sonra ona qarşı hər hansı sui-qəsd olsaydı, bu, Azərbaycanın üzərinə kölgə sala bilərdi. Bu hadisəni sui-qəsd kimi qiymətləndirmək olmaz".

Seymur,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
sitat.info

10Mənbələr