AZ

ABŞ-dan Rəisinin helikopterin qəzaya uğraması ilə bağlı AÇIQLAMA

İran prezidenti İbrahim Rəisinin olduğu helikopter Şərqi Azərbaycanda qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, hadisə ilə bağlı ABŞ Dövlət Departamentindən açıqlama verilib.
İranın Təsnim Xəbər Agentliyi İran prezidentini daşıyan helikopterin qəzaya uğradığını yazıb. İran dövlət televiziyası Rəisini daşıyan helikopterin qəzaya uğradığı və yardım qruplarının qəzanın baş verdiyi əraziyə çatmağa çalışdığı məlumatını paylaşıb. Daxili işlər naziri Əhməd Vahidi məsələ ilə bağlı rəsmi açıqlama verib. İran rəsmiləri “Ümidimizi saxlayırıq, lakin məlumat bizi narahat edir” deyib. Dumanlı ərazidən ilk görüntülər ölkə mətbuatında yer alıb.

Mövzu ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamenti də qəza ilə bağlı xəbərlərin Vaşinqtonda "yaxından təqib edildiyini" bildirib.

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
sitat.info

10Mənbələr