AZ

"Sabah"ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində iştirak edib.

QOL.az xəbər verir ki, U-14  turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandası ilə heç-heçə edib, yerli "Ortacı Esnaf" komandasına qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb.

U-14 bu mərhələdə Türkiyənin "Antalya" komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb. Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb. 

Həlledici matçda "Antalyaspor"la qarşılaşan "Sabah" əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
13
525.az

10Mənbələr