AZ

Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.Elchi.az-ın məlumatına görə, son oyun günündə “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib.Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri qələbə qazanıb – 2:0. Qarşılaşmada hesabı 50-ci dəqiqədə Osama Xalayla açıb. 87-ci dəqiqədə isə Əyyub Alaş ikinci qolu qonaqların qapısından keçirərək görüşdə yekun hesabı müəyyənləşdirib.“Qəbələ” 26 xalla turnir cədvəlinin sonuncu – onuncu pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisi 35 xalla doqquzuncudur.Qeyd edək ki, turun digər görüşlərində “Qarabağ” “Turan Tovuz”a (4:3), “Sabah” “Sumqayıt”a (2:0), “Neftçi” “Səbail”ə (3:0), “Zirə” isə “Kəpəz”ə (1:0) qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
elchi.az

10Mənbələr