AZ

“Qəbələ” - “Araz-Naxçıvan” 2:0 - Video

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qəbələ” – “Araz-Naxçıvan” 2:0 matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
35-ci tur
19 may

“Qəbələ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 51. Əyyub Allaş, 87.
Sarı vərəqələr: Emil Səfərov, 38 (hakimin qərarına etiraz). Bilel Auaşeriya, 80 (qeyri-idman hərəkəti) – Məhəmməd Kadiri, 12 (qeyri-idman hərəkəti). Vanderson Melo, 25 (qeyri-idman hərəkəti). İsmail Azzaui, 25 (hakimin qərarına etiraz). Abdulla Rzayev, 49 (qeyri-idman hərəkəti). Miço Kuzmanoviç, 90+2 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 16:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı.

Baş hakim: Elvin Bayramov.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Tərlan Talıbzadə.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov (11. Asif Məmmədov, 88), 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk (20. Bilel Auaşeriya, 57), 4. Lukas Afriko, 99. Ahmed Ayzaya (30. Şahin Şahniyarov, 78), 9. Əyyub Allaş (12. Nicat Əliyev, 88), 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 77. Okan Təhməzli, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k) (39. Tural Bayramlı, 79), 10. Orxan Əliyev (9. Elvis Maşike, 63), 3. Turan Manafov (55. Zamiq Əliyev, 63), 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli (7. Nicat Süleymanov, 79), 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui (19. Aksel Nqando, 63).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
arena.az

1Mənbələr