AZ

“Fantastik dəstəyə görə, təşəkkür edirəm” – Millimizin üzvü

Milli komandamızın hücumçusu Mahir Emreli 5 aydan sonra yaşıl meydanlara qayıdıb. Msport.az xəbər verir ki, o, Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında “Slaven”lə oyunda (3:2) meydana çıxıb.

26 yaşlı forvard bununla bağlı sosial şəbəkədə paylaşım edib: “Qələbə qazandığımıza və 5 aydan sonra meydana döndüyümə görə çox sevincliyəm. Fantastik dəstəyə görə, təşəkkür edirəm”.

Qeyd edək ki, Mahir fasilədən sonra hesab 0:1 olarkən oyuna daxil olub. Həmyerlimiz sonuncu dəfə ötən ilin dekabrında “Dinamo”nun heyətində forma geyinmişdi.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
msport.az

1Mənbələr