AZ

Yeməyə sonradan duz əlavə etmək mədə xərçəngi riskini artırır

Məlum olub ki, qidaya əlavə duz əlavə etmək mədə xərçəngi riskini 41 faiz artırır.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet riskinin artması ilə əlaqələndirilib.

 

Vyana Tibb Universitetinin tədqiqatçıları hərtərəfli araşdırma apararaq bu əlaqənin dünyanın müxtəlif yerlərində də mövcud olduğunu göstəriblər.

 

İngiltərədəki vətəndaşların genetik və sağlamlıq məlumatlarını ehtiva edən əhatəli BioBank orta yaşları 56 olan 471 min 144 adamın məlumatlarının araşdırıb.

 

"Gastric Cancer" jurnalında dərc edilən tədqiqat işi çərçivəsində bu məlumatlar təxminən 11 illik təqib dövründə 640 mədə xərçəngi xəstəsinin sidikdə aşkar edilən duz səviyyələri ilə müqayisə edilib.

 

Demoqrafik və sosial-iqtisadi faktorları, həyat tərzi faktorlarını və digər şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, süfrə arxasında daim yeməklərə duz əlavə edənlərin, demək olar ki, heç vaxt bunu etməyənlərlə müqayisədə mədə xərçənginə tutulma riski 41 faiz çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
aztibb.az

4Mənbələr